Rövşən Əkbərovun oğlu ölkədən qaçıb?backend

Rövşən Əkbərovun oğlu ölkədən qaçıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Polis şöbəsi ilə əlaqə saxladım. Rövşən Əkbərovun oğlunun mənə hücum etməsi və xəsarət yetirməyə cəhd etməsi üzrə şikayətimin araşdırılması durumu ilə maraqlandım. Məlum oldu ki, Rövşən Əkbərovun 1990-cı il təvəllüdlü oğlu Telman 02 sentyabr 2021-ci il tarixdə ölkəni Türkiyə Respublikası istiqamətində tərk etdiyindən onun dindirilməsi hələ mümkün olmamışdır”.
İnterpress.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının üzvü və General Rövşən Əkbərovun təqsirləndirildiyi cinayət işi üzrə öldürülmüş Əliyev Elçin Fəday oğlunun hüquqi varisi Əliyev Fədayın hüquqlarını müdafiə edən Elçin Sadıqov özünün feysbuk səhifəsində yazıb.
Xatırladaq ki, sentyabrın 1-də Bakı Hərbi Məhkəməsində keçirilən iclas zamanı Elçin Sadıqov Rövşən Əkbərovun oğlunun ona hücum etdiyini bildirib.