Rumıniyanın Tohani kəndində (Prahov qəzası) turizm kompleksində baş verən yanğın nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə “Agerpres” agentliyi məlumat yayıb.
Məlumata görə, Milad bayramını qeyd etmək üçün 26 nəfər kurort ərazisinə gəlib.
Qeyd edilib ki, birinci mərtəbədə yerləşdirilən 18 turist yanğın zamanı qaça bilib. İki nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Xilasedicilər daha üç nəfərin axtarışlarını davam etdirirlər.