Rusiya Müdafiə Nazirliyi Strateji Raket Qüvvələrinin bu il 7 qitələrarası ballistik raket buraxmağı planlaşdırdığını bildirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Nazirliyin Rusiya Strateji Raket Qüvvələrinin fəaliyyətləri ilə bağlı verdiyi açıqlamaya görə, Rusiya ordusunun raket sistemlərinin uçuşu və idarəetmə təlimləri çərçivəsində son 5 ildə 20-dən çox qitələrarası ballistik raket buraxılıb.
Açıqlamada, “Strateji Raket Qüvvələri 2024-cü ildə 7 qitələrarası ballistik raket atmağı planlaşdırır” deyilir.
Rusiya Strateji Raket Qüvvələri daim döyüşə hazır olan Rusiya ordusunun strateji nüvə qüvvələrinin əsas komponenti kimi tanınır.