Rusiya kommunistlərinin prezidentliyə namizədi sənədlərini MSK-ya təqdim edibbackend

Rusiya kommunistlərinin prezidentliyə namizədi sənədlərini MSK-ya təqdim edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Dumasında Kommunist Partiyası fraksiyasını təmsil edən deputat Nikolay Xaritonov 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərində iştirak etmək üçün Rusiya Mərkəzi Seçki Komissiyasına (MSK) sənədlərini təqdim edib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, onun namizədliyinin irəli sürülməsi barədə qərar dekabrın 23-də Rusiya Federasiyası Kommunist Partiyasının qurultayında qəbul edilib. N.Xaritonov 2003-cü ildə partiyadan prezidentlik seçkilərində iştirak etmiş və sonra 13,69% səs toplayaraq ikinci yeri tutub.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib.