Rusiyanın müdafiə naziri Sergey Şoyqu NATO-nun genişlənməsi və Rusiya sərhədlərində hərbi potensialın yaradılmasına cavab olaraq iki yeni hərbi zona yaratdıqlarını açıqlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşdə çıxış edən Şoyqu ölkə daxilində yeni hərbi bölgələrin yaradıldığı barədə məlumat paylaşıb.
NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi potensial yaratdığını, Finlandiyanın NATO üzvü olduğunu və İsveçin də Alyansa qoşulacağını xatırladan Şoyqu bildirib: “Şimal-qərb və qərb strateji istiqamətlərdə qoşun qruplarını gücləndirmək üçün addımlar atdıq. Leninqrad və Moskva Silahlı Qüvvələrdəki hərbi bölgələrində iki xüsusi strateji regional birlik yaradıldı”.