Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyadan ölkəsinə nüvə silahının göndərilməsi prosesinin başa çatdığını qeyd edib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın Sankt-Peterburq şəhərində jurnalistlərə Rusiyanın Belarusa nüvə silahı göndərilməsi ilə bağlı açıqlama verib.
Nüvə silahlarının ölkəsinə daşınması prosesinin tamamlandığını bildirən Lukaşenko deyib ki, daşıma artıq sentyabr və ya oktyabrda tamamlanıb. Son göndəriş oktyabrın əvvəlində edilib. Hər şey yerində və yaxşı vəziyyətdədir.
Rusiya prezidenti Vladimir Putin mart ayında Belarusda taktiki nüvə silahı yerləşdirəcəklərini açıqlamışdı. Putin daha əvvəl Belarusa təhvil verdikləri yüksək dəqiqlikli “İskəndər” raket sistemlərinin sözügedən silahla təchiz ediləcəyini də bildirib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Belarusun müdafiə naziri Viktor Hrenin may ayında “Rusiyanın qeyri-strateji nüvə silahlarının Belarusdakı anbarda saxlanması prosesi” ilə bağlı sənədlər imzalayıblar.