Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, gələcəkdə Rusiya ordusundakı əsgərlərin sayı xarici təhdidlərə mütənasib olaraq 1 milyon 500 minə çatdırılacaq. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Rusiyanın paytaxtı Moskvada Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərinin geniş tərkibdə iclası keçirilib. İclasda Rusiya prezidenti Vladimir Putin, müdafiə naziri Şoyqu və hərbi rəsmilər iştirak ediblər.
Buradakı çıxışında Şoyqu Rusiya-Ukrayna müharibəsinə toxunub: “Xüsusi hərbi əməliyyat başlamazdan əvvəl Luqansk və Donetsk Xalq Cümhuriyyətlərinin ərazisindən 5 dəfə böyük olan ərazi rus hərbi qrupları tərəfindən azad edildi. referendumlar nəticəsində ümumilikdə 83 min kvadratmetr ərazi Rusiya Federasiyasına verildi. 5 milyon əhalisi olan dörd yeni bölgə daxil edildi. Rusiyanın dəniz sularında hərbi dəniz zonası yaradıldı – Azov”.
İyun ayında Rusiya hərbi qüvvələrinə qarşı başlatdığı hücum zamanı Ukrayna ordusunun “ciddi” itkilər verdiyini iddia edən Şoyqu deyib:
“Hərbi əməliyyat başlayandan bu yana Ukrayna Silahlı Qüvvələrində ölən və yaralanan əsgərlərin sayı 383 mini ötüb.14 min tank, piyada və zirehli texnika, 553 təyyarə və 259 helikopter, 8500-dən çox haubitsa və minaatan vurulub. Onlardan 1427-si polşalı olub. ABŞ-dan 466, Böyük Britaniyadan 344 olmaqla ümumilikdə 5800-dən çox muzdlu döyüşçü zərərsizləşdirilib. Ukraynada 103 hərbi cinayətkar məhv edilib”.
Rusiya ordusunun silahlanmasının davam etdiyini deyən Şoyqu ölkəsinin hərbi müdafiə sahəsində istehsal gücünün 4 dəfə artırıldığını bildirib.
Şoyqu qeyd edib ki, il ərzində orduya təxminən 490 min müqaviləli və könüllü əsgər cəlb olunub, ordudakı əcnəbi “könüllülərin” sayı 7 dəfə, muzdlu döyüşçülərin sayı 6 dəfə, ümumilikdə isə 650 min əsgər azalıb.
Prezident Putinin Rusiya ordusundakı əsgər sayının 1 milyon 320 minə çatdırılması ilə bağlı fərman imzaladığını xatırladan Şoyqu deyib ki, gələcəkdə Rusiya Silahlı Qüvvələrindəki əsgərlərin sayı mütənasib olaraq 1 milyon 500 minə çatdırılacaq.