Rusiya: Pobeda qəsəbəsi rus ordusu tərəfindən tutuldubackend

Rusiya: Pobeda qəsəbəsi rus ordusu tərəfindən tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun Donetsk istiqamətində Pobeda qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Nazirlikdən verilən açıqlamada Ukrayna-Rusiya müharibəsində Rusiya hərbi qüvvələrinin fəaliyyəti ilə bağlı məlumat verilib.

Rusiya ordusunun Ukraynada hücumlarını davam etdirdiyi bildirilən açıqlamada qeyd edilib ki, Cənub Qüvvələr Qrupunun bölmələri Donetsk istiqamətində Pobeda qəsəbəsini azad edərək cəbhə mövqelərini yaxşılaşdırıb.

Bundan əlavə, bəyanata görə, ABŞ istehsalı olan “Patriot” Hava Hücumundan Müdafiə Sistemi vurulub, Ukrayna ordusuna məxsus 95 pilotsuz uçuş aparatı (PUA) məhv edilib:

“Hərbi əməliyyatın başladığı gündən bu yana 572 təyyarə, 266 helikopter, 13 min 137 PUA, 473 hava hücumundan müdafiə raket sistemi, 15 min 171 tank və zirehli texnika, 1223 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 8 min 138 haubitsa və Ukrayna ordusuna məxsus minaatan və 18 raket “1950 xüsusi təyinatlı hərbi maşın məhv edilib”.