Rusiya razı olarsa, Almaniya öz sülhməramlılarını Ukraynaya göndərəcək – Pistoriusbackend

Rusiya razı olarsa, Almaniya öz sülhməramlılarını Ukraynaya göndərəcək – Pistorius

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya öz sülhməramlılarını Ukraynaya göndərməyə hazırdır.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” Almaniya Müdafiə Nazirliyinin rəhbəri Pistoriusa istinadən məlumat yayıb.

“Həm Moskva, həm də Kiyev müvafiq mandatı təsdiq edərsə, Almaniya öz sülhməramlılarını Ukraynaya göndərməyə hazırdır”, – o deyib.

Eyni zamanda, Pistoriusun fikrincə, Ukraynada xarici qoşunların olması ilə bağlı qərar qəbul etmək hələ tezdir.

“Əgər atəşkəs olarsa, o zaman təbii ki, Qərb ictimaiyyəti, NATO tərəfdaşları, potensial olaraq BMT və Avropa Birliyi belə sülhün, belə bir atəşkəsin necə təmin oluna biləcəyini müzakirə etməli olacaqlar. Avropanın ən böyük iqtisadiyyatı bunda öz rolunu oynayacaq”, – nazir bildirib.

Xuraman Etibarlı

İnterpress.az