Rusiya Somalinin 684 milyon dollar borcunu silirbackend

Rusiya Somalinin 684 milyon dollar borcunu silir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Somali hökuməti Rusiya ilə razılaşma ilə bu ölkəyə olan 684 milyon dollar borcunun silindiyini açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Sankt-Peterburqda keçirilən Afrika-Rusiya Sammitində bir araya gələn Somalinin maliyyə naziri Bihi İman Cige və Rusiya maliyyə nazirinin müavini Timur İqoreviç Maksimov Somalinin Rusiyaya olan 684 milyon dollarlıq borcunun silinməsinə dair razılaşma imzalayıb.

Razılaşma ilə bağlı mətbuata açıqlama verən Cige deyib ki, bu, Somali üçün tarixi bir gündür. Borcların bağışlanması müqaviləsi gələcəyə diqqəti yönəltməyə və xalqımız üçün daha yaxşı bir gələcək qurmağa imkan verəcək.

Sazişlə Rusiya ilə Somali arasında əlaqələrin yaxşılaşacağını vurğulayan Cige iqtisadi əlaqələrin dərinləşəcəyinə diqqət çəkib.

Bir çox Afrika liderləri St. Sankt-Peterburqda keçirilən ikinci Rusiya-Afrika Sammitində iştirak edib.

Sammitin məqsədi Rusiya ilə Afrika ölkələri arasında iqtisadi, elmi, texniki, sosial və mədəni əlaqələri gücləndirməkdir.