Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) prezidenti Yuri Borisov bildirib ki, Rusiya və Çin 2033-2035-ci illərdə Ayda nüvə enerji bloku yerləşdirməyi planlaşdırırlar.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Borisov Moskvada keçirilən tədbirdəki çıxışında Çinlə Ayda birgə araşdırmalar üçün müqavilə imzaladıqlarını bildirib.
Çinlə Ay üzərində araşdırmalarla bağlı əhəmiyyətli bir layihənin hazırlandığını izah edən Borisov deyib: “2033-2035-ci illərdə Çinli həmkarlarımızla birlikdə Ay səthinə nüvə enerji blokunun çatdırılması və quraşdırılması layihəsini qiymətləndiririk”.
Borisov əlavə edib ki, sözügedən qurğu robot texnologiyalarından istifadə etməklə tikilməli olacaq.
Roskosmos ilə Çin Milli Kosmik İdarəsi (CNSA) arasında 2021-ci ildə Ayda tədqiqat aparmaq üçün birgə stansiyanın yaradılması üçün anlaşma memorandumu imzalanıb.