Rusiyada miqrantların işinə məhdudiyyətlər qoyulacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Rusiyada, xüsusən də Moskva vilayətində miqrantların işinə məhdudiyyətlər 2025-ci il yanvarın 1-dən tətbiq olunmağa başlayacaq.
Onlara dönər, spirtli içki, siqaret və qəlyan tütünü satmaq qadağan olunacaq.
“Moskva vilayətində 2025-ci il yanvarın 1-dən alkoqol və tütün məmulatlarının ticarəti, qeyri-stasionar pərakəndə satış obyektlərində küçə yeməkləri, sosial xidmətlər, eləcə də səhiyyə sahələrində patent əsasında xarici işçi qüvvəsinin cəlb edilməsinə qadağa tətbiq edilməyə başlayacaq”, – vilayət hökumətinin saytında deyilir.
Xuraman Etibarlı
İnterpress.az