Rusiyanın Bryansk şəhərində məktəbdə səkkizinci sinif şagirdi atəş açıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. Hadisə 5 saylı gimnaziyada baş verib.
“Səkkizinci sinif şagirdi odlu silahla məktəbə daxil olub və ondan bir neçə dəfə atəş açıb”, – agentliyin mənbəsi bildirib.
Hadisə yerində polis əməkdaşları və təcili yardım xidmətləri işləyir. Hadisənin səbəbləri dəqiqləşdirilir.