Rusiyada terror aktında insanların həyatını xilas edən gənc mükafatlandırılıbbackend

Rusiyada terror aktında insanların həyatını xilas edən gənc mükafatlandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın paytaxtı Moskvada “Crocus City Hall” konsert zalında törədilən terror aktı zamanı 100-dən çox insanı xilas edən 15 yaşlı müsəlman gənc İslam Xəlilova şücaət mükafatı verilib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova -Belova mərasimdə çıxış edib.

Hücum zamanı insanların evakuasiyasına kömək edən 15 yaşlı müsəlman gənc İslam Xəlilov “fədakarlıq, şücaət və şəxsi şücaət sertifikatı” ilə təltif edilib.

Evakuasiyaya kömək edən digər gənc, 14 yaşlı Artyom Donskov da eyni mükafata layiq görülüb.

Xəlilovu Rusiya müsəlmanları da “Xidmət medalı” ilə təltif edəcək.

Digər tərəfdən, Rusiya Federasiyası Müsəlmanları Dini İdarəsinin və Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin qəhrəman gənc Xəlilovu göstərdiyi şücaət və xalqı xilas etdiyinə görə Rusiya müsəlmanlarına “Xidmət medalı” ilə təltif edəcəyini açıqlayıb.

Medalın martın 29-da Moskva Mərkəzi Məscidində qılınan cümə namazında veriləcəyi açıqlanıb.

Krokus Siti Holldakı qarderobda yarımştat işləyən müsəlman gənc Xəlilov 100-dən çox insanı məscidə yönləndirərək nəzarəti ələ keçirib.

Sosial şəbəkələrdə Xəlilovun evakuasiyanı həyata keçirərkən mobil telefonu ilə çəkdiyi video görüntülər yayılıb.

Martın 22-də axşam saatlarında Rusiyanın paytaxtı Moskvada “Crocus City Hall” konsert zalında silahlı şəxslər tərəfindən terror aktı törədilib.