Rusiyanın Çeçenistan Respublikasının Qroznı şəhərində hüquq-mühafizə işçilərinə atəş açan dörd terrorçu zərərsizləşdirilib.
Bu barədə Rusiyanın Milli Terrorla Mübarizə Komitəsinin məlumat mərkəzi xəbər yayıb.
Bildirilir ki, üç hüquq-mühafizə əməkdaşı terrorçuların açdığı atəş nəticəsində həyatını itirib.
“Hüquq-mühafizə orqanlarının səlahiyyətlilərinə təslim olma təklifinə cavab olaraq quldurlar atəş açıblar. Atışma zamanı dörd quldur zərərsizləşdirilib”, – deyə məlumatda qeyd olunur.
Hadisə yerində araşdırma aparılır. Ölən hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı barədə məlumatlar dəqiqləşdirilir.
Qərargahdan verilən məlumata görə, ərazidə terror aktları təhlükəsi var:
“Cəmiyyətə və dövlətin mənafelərinə ciddi zərər verə biləcək terror aktları planlaşdırılır. Cinayət fəaliyyətini boğmaq və nəticələrini minimuma endirmək üçün bütün lazımi tədbirlər görülür”.
İnterpress.az