Rusiyada Vaqner üzvü həbs edildibackend

Rusiyada Vaqner üzvü həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada Vaqner muzdlu döyüşçü qrupunun keçmiş üzvü polisə atəş açdığı üçün 6 il 11 ay həbs cəzasına məhkum edilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Rostov vilayət məhkəməsində məhkəmə iclası keçirilib. Keçmiş “Vaqner” üzvü Pavel Nikolin Novoshahtinsk şəhərində polisə atəş açdığı üçün mühakimə olunur.

Məhkəmənin hökmü ilə Nikolin 6 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.

Bildirilir ki, dekabrın 6-da Rostov vilayətinin Novoşahtinsk şəhərində Pavel Nikolin polis əməkdaşlarının saxladığı avtomobilə atəş açması nəticəsində bir polis əməkdaşı yaralanıb.