Rusiyanın “S-400” və “İsgəndər” hazırlanan mərkəzində yanğın söndürülübbackend

Rusiyanın “S-400” və “İsgəndər” hazırlanan mərkəzində yanğın söndürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyi Hava-Kosmik Qoşunları Elmi-Araşdırma Mərkəzində baş vermiş yanğın aprelin 22-də söndürülüb.

İnterpress.az TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyininin yerli idarəsindən bildirilib.

Məlumata görə, Mərkəzin yanması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, 24 nəfər yaralanıb. Yaralılardan 13-nün vəziyyəti ağır olduğu bildirilib.

Hazırda yanğının dəqiq səbəbi araşdırılır.

Qeyd edək ki, aprelin 21-də Rusiya Müdafiə Nazirliyinin Tver şəhərindəki “S-400” zenit-raket kompleksi və “İsgəndər” raketlərinin hazırlandığı elmi-araşdırma mərkəzində yanğın baş verib.