Sabah mandatını girov qoyan sabiq deputatın məhkəməsidirbackend

Sabah mandatını girov qoyan sabiq deputatın məhkəməsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı barəsində həbs qətimkan tədbiri seçilən Rafael Cəbrayılov sabah Ağır Cinayətlərə Dair Məhkəmədə hakim qarşısına çıxarılacaq.

Qeyd edək ki, daşıdığı vəzifə ilə bir araya sığmayan öz qanunsuz əməlləri ilə vətəndaşların hüquqlarını pozan, qarşılıqlı etimad əsaslı məmur-vətəndaş münasibətlərinə zərər vurmaqla dövlətin nüfuzuna kölgə salan şəxslərə qarşı prokurorluq orqanları tərəfindən kompleks tədbirlər mütəmadi həyata keçirilməkdir.

Belə tədbirlərdən biri kimi, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.

Redaksiyamıza daxil olan məlumata görə,artıq istintaq yekunlaşıb və baxılması üçün məhkəməyə göndırilib.

Sabah iyulun 17-də məhkımənin ilkin iclası keçiriləcək və sabiq deputat hakim qarşısına çıxarılacaq.