Sabahdan ölkə ərazisində hava kəskin dəyişəcək – XƏBƏRDARLIQbackend

Sabahdan ölkə ərazisində hava kəskin dəyişəcək – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 8-i gündüz şimal və qərb rayonlarından başlayaraq 12-si gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

İnterpress.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda qeyd edilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

Havanın temperaturu ayın 9-dan ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.