Sahibkarlığın İnkişafı Fondu sığortaçı seçirbackend

Sahibkarlığın İnkişafı Fondu sığortaçı seçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu balansında olan avtonəqliyyat vasitələrinin könüllü (KASKO) sığortalanması üçün açıq tender elan edib.

İnterpress.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri yanvarın 24-ü, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə fevralın 1-i, saat 17:00-a qədər Fondun Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi,172 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə fevralın 2-i, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq. Satınalma çərçivəsində hər biri 5 ədəd olmaqla “Toyota Camry” və “Toyota Corolla”, eləcə də 1 ədəd “Mitsubishi L200” markalı ümumilikdə 11 avtomobil sığortalanacaq.

Sahibkarlığın İnkişafı Fondunun sığortaçısı ötən ilin sonlarında “Meqa Sığorta” ASC seçilmişdir.