Sankt-Peterburqda bir nəfər hərbi komissarlığın qarşısında özünü YANDIRDIbackend

Sankt-Peterburqda bir nəfər hərbi komissarlığın qarşısında özünü YANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqda bir nəfər hərbi komissarlığın qarşısında özünü yandırıb.

İnterpress.az xəbər verir ki, bu barədəRusiya Telegram kanalları məlumat yayıb. Bildirilir ki, 24 yaşlı Krasnoyarsk sakini Leninqrad vilayətinin hərbi komissarlığının Fontanka sahilində yerləşən həyətində özünü yandırıb.

Özünü yandıran şəxs dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Sankt-Peterburqda həkimlər yanan şəxsin həyatı uğrunda mübarizə aparır.

Bədəninin 90%-də yanıq xəsarətləri alan rus reanimasiyaya yerləşdirilib. O, şok və 1-ci, 2-ci, 3-cü dərəcəli yanıqlar alıb.

İlkin məlumata görə, hadisədən bir qədər əvvəl zərərçəkən sevgilisi ilə mübahisə edib. İndi həkimlər onun vəziyyətini stabilləşdirməyə çalışırlar.

Xuraman Etibarlı

İnterpress.az