Şəkil çəkdirmək istəyərkən eyvan ÇÖKDÜ – 10 məktəbli XƏSARƏT ALDI – FOTObackend

Şəkil çəkdirmək istəyərkən eyvan ÇÖKDÜ – 10 məktəbli XƏSARƏT ALDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sevastopolda, şəkil çəkdirmək üçün çıxdıqları məktəbin eyvanının uçması nəticəsində 10 uşaq xəsarət alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Sevastopolun qubernatoru Razvojayev məlumat VERİb.

Şəhərdəki məktəblərdən birində dəhşətli hadisə baş verib. Şagirdlərin xatirə şəkli çəkdirmək üçün çıxdıqları eyvan qəflətən çöküb.

İnsident nəticəsində 10 uşaq xəsarət alıb. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları cəlb olunub.

Yaralı uşaqlar tibb müəssisələrinə çatdırılıb, onlara zəruri tibbi yardım göstərilir.

Hazırda təhsil müəssisəsindəki binanın vəziyyəti ilə bağlı araşdırmalara başlanılıb, hadisənin texniki səbəbləri müəyyənləşdirilir.

Xuraman Etibarlı

İnterpress.az