Sənədlər imzalandı – Gürcüstan Polşadan raket kompleksi alacaqbackend

Sənədlər imzalandı – Gürcüstan Polşadan raket kompleksi alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Polşadan zenit-raket kompleksi alacaq.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bildirilib ki, Gürcüstanın müdafiə nazirinin müavini Giorgi Xaindrava Polşanın “MESKO SA” şirkətinin nümayəndələri ilə görüşüb. Söhbət zamanı Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsində NATO standartlarına uyğun müasir silahların tətbiqinin vacibliyinə toxunulub.

Daha sonra Polşa istehsalı olan zenit-raket kompleksinin alınmasına dair saziş imzalanıb.