Serbiyada ammonyak sızmasından bir neçə nəfər zəhərlənibbackend

Serbiyada ammonyak sızmasından bir neçə nəfər zəhərlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiyanın cənub-şərqindəki Pirot şəhərində dəmir yolu qəzası nəticəsində ammonyak sızması səbəbindən bir neçə nəfər zəhərlənib, fövqəladə vəziyyət elan edilib.

Bunu bazar günü jurnalistlərə şəhər meri Vladan Vasiç deyib.

Bazar ertəsi məktəblər işləməyəcək, vətəndaşlara zərurət olmadıqca evlərini tərk etməmələri tövsiyə olunur. Polis, xilasedicilər və yanğınsöndürənlər qəzanın nəticələrini aradan qaldırmaq üçün mümkün olan hər şeyi edirlər.

Qeyd edək ki, dünən yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 20:30-da) Sopotski-Xan qəsəbəsi yaxınlığında Pirot-Staniçenye dəmir yolunun hissəsində ammonyakın olduğu bir neçə vaqon aşıb və nəticədə zəhərli qaz sızması baş verib. Pirot – Bela Palanka magistral yolunun bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, sürücülərə dolama yoldan istifadə etmək tövsiyə olunur.

Qazdan zəhərlənmə əlamətləri ilə Pirot xəstəxanasına 50-dən çox sakin müraciət edib, onlardan 7-si Niş Kliniki Mərkəzinə yerləşdirilib, zərərçəkənlərin hamısının vəziyyəti sabitdir.