Rusiya ilə Ermənistan arasında çətinlik müvəqqətidir.
İnterpress.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində bildirib.
“Biz əminik ki, bütün çətinliklər müvəqqəti xarakter daşıyır və siyasi iradə göstərilərsə aradan qaldırılacaq”, – o vurğulayıb.
Nazirin sözlərinə görə, Rusiya ilə Ermənistan arasında iqtisadi-ticarət əlaqələri və sənaye məsələləri üzrə danışıqlar uğurla davam edir.