ABŞ Ukraynada özü üçün “ikinci Vyetnam” yaratmaq riski ilə üzləşir, hər yeni ABŞ administrasiyası Ağ Evə ağıllı bir adam başçılıq edənə qədər bununla məşğul olacaq.
İnterpress.az-ın məlumatına görə, bu barədə Rusiyanın xarici kəşfiyyat xidmətinin direktoru Sergey Narışkin “Razvedçik” jurnalı üçün yazdığı məqaləsində bildirib.
Onun fikrincə, Kiyevə bundan sonrakı dəstək Qərbin beynəlxalq nüfuzunun aşağı düşməsini sürətləndirəcək: “Ukraynanın özü maddi və insan resurslarını sovuran “qara dəliyə” çevrilməyə davam edəcək”.