Pakistanda Müsəlman Liqası-Nəvaz (PML-N) partiyasının lideri və keçmiş baş nazir Nəvaz Şərifin gələn il keçiriləcək seçkilərdə yenidən baş nazir olmağa namizəd olacağı açıqlanıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. PML-N partiyasının partiya lideri Şərif, 2024 ümumi seçkilərində dördüncü dövr baş nazirliyə namizəd olacağını açıqlayıb.
Şərif 1990-1993, 1997-1999 və 2013-2017-ci illərdə ümumilikdə üç dəfə Pakistanın baş naziri olub.
İddia çərçivəsində ictimaiyyət arasında Avenfield kimi tanınan Şerif və ailəsi korrupsiyadan əldə etdikləri pullarla Londonda dəbdəbəli mənzillər almaqda ittiham olunurdu.
2018-ci ilin iyulunda yekunlaşan işdə Şərif 10 il müddətinə azadlıqdan məhrum edilsə də, 2 ay sonra ədalətli mühakimə olunmadığı və sübutların yetərli olmadığı əsas gətirilərək yenidən mühakimə olunmaq üçün sərbəst buraxılıb.
Bu qərardan sonra Şərif 2019-cu ilin noyabr ayında müalicə üçün İngiltərəyə gedib və Londonda məskunlaşıb.
Şərifin cəzasına etirazını qiymətləndirən İslamabad Ali Məhkəməsi hökmü ləğv edib və Şərifin günahkar olmadığına qərar verib.
2019-cu ilin noyabr ayından İngiltərədə olan Şerif oktyabrın 21-də ölkəsinə qayıdıb.
Şərif təxminən 4 ildən sonra geri döndüyü Lahorda onun üçün hazırlanmış mitinq meydanında çıxış edərək ümumi seçkilərdə PML-N-nin lideri olacağını bildirib.
Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 11 aprel 2022-ci ildə parlamentdə keçirilən seçkidə 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib və 2023-cü ilin avqust ayına qədər ölkəni idarə edib.
Ümumi seçkilərə qədər ölkəni idarə edəcək müvəqqəti hökumətin baş naziri Ənvarul Hak Kakar 14 avqust 2023-cü ildə and içib.