Şimali Koreya əsgərləri yenidən Koreyalararası quru sərhədini qısa müddətə keçib, bundan sonra Cənubi Koreya ordusu xəbərdarlıq atəşi açıb.
interpress.az xəbər verir ki, bu barədə Yonhap Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu, son bir ayda Şimali Koreya hərbçiləri tərəfindən üçüncü sərhəd pozuntusudur.
Komandanlığın məlumatına görə, hadisə dünən, iyunun 20-də baş verib.
Qeyd olunur ki, Şimali Koreya ordusunun əsgərləri xəbərdarlıq atəşindən sonra öz sektorlarına qayıdıblar.
Bu arada Cənubi Koreya ordusu sərhədin böyük ehtimalla təsadüfən keçildiyini bildirib.
Oxşar hadisələr iyunun 9-da və 18-də də baş verib. Hər iki halda 20-30-a yaxın Şimali Koreya əsgəri səsgücləndiricinin xəbərdarlığı və atəş səsindən sonra sərhədi keçərək öz tərəfinə qayıdıb.
Cənubi Koreya ordusunun məlumatına görə, Şimali Koreya əsgərləri bilmədən sərhədi keçiblər.
Xuraman Etibarlı
İnterpress.az