Şimali Koreyanın dövlət televiziyası onun cins şalvarına senzura tətbiq edibbackend

Şimali Koreyanın dövlət televiziyası onun cins şalvarına senzura tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya dövlət televiziyası bağçılıqla bağlı BBC proqramı yayımlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Lakin verilişin aparıcısının geyindiyi cins şalvar senzuraya məruz qalıb. “Bağ sirləri” adlı verilişin 2010-cu il versiyasını yayımlayan Şimali Koreya televiziyası Tiçmarşın cins şalvarına senzura tətbiq edib.

“Mavi jeans” Şimali Koreyada Qərb imperializminin simvolu kimi qəbul edilir və buna görə də qadağandır.

Şimali Koreyada cins şalvar geyinməyə qadağa 1990-cı illərdən başlayıb. O zamankı lider Kim Çen İr cins şalvarın Qərb (xüsusilə Amerika) imperializminin simvolu olduğunu müdafiə etdi. Şimali Koreya administrasiyasının fikrincə, bu şalvarın sosialist dövlətində yeri yox idi.

Son illərdə Qərb mədəniyyətinə qarşı ton yenidən sərtləşdi və bu qadağa yenidən ciddi şəkildə tətbiq olunmağa başladı. 2020-ci ildə dövlətə məxsus “Rodong Sinmun” qəzeti ölkə vətəndaşlarını “burjua mədəniyyətini” rədd etməyə və “üstün sosialist həyat tərzini” qəbul etməyə çağırıb.

Məlumdur ki, Şimali Koreyanın hazırkı lideri Kim Çen In Cənubi Koreyada çox məşhur olan yapışqan şalvar və köynəklərdən narahatdır.