Sloveniyada həbsxanalarda doluluq nisbəti 139 faizə yüksəlibbackend

Sloveniyada həbsxanalarda doluluq nisbəti 139 faizə yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildirilib ki, Sloveniyada həbsxanalarda doluluq nisbəti insan alverçiləri hesabına 139 faizə yüksəlib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Sloveniya milli mətbuatında yer alan xəbərə görə, ölkədəki həbsxanalarda doluluq səviyyəsi yüksək həddə çatıb.

Avropaya keçid vədi ilə qeyri-qanuni mühacirləri ölkəyə gətirən insan qaçaqmalçıları həbsxanalarda doluluq nisbətini artırıb.

Sloveniya Həbsxana İdarəsi 26 fevral tarixinə həbsxanalarda 1808 nəfərin olduğunu və orta doluluq nisbətinin yüzdə 139-a yüksəldiyini açıqlayıb.

Açıqlamada hazırda işlə təmin olunan 550 kadrın kifayət qədər olmadığı bildirilib.

Paytaxt Lyublyanadakı həbsxanada doluluq 200 faizi ötüb.

Ölkə üzrə 850 xarici ölkə vətəndaşı insan alveri ittihamı ilə həbsdədir.