Somalidə 5 ayda 1 milyon insan evini tərk edibbackend

Somalidə 5 ayda 1 milyon insan evini tərk edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Somalidə son 5 ayda 1 milyon insanın evlərini tərk edərək başqa bölgələrə köç etmək məcburiyyətində qaldığı açıqlanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Norveç Qaçqınlar Şurasının (NRC) Somali direktoru Məhəmməd Abdi, Somalidə daxili miqrasiyanın həyəcanverici səviyyəyə yüksəldiyinə diqqət çəkib.

Son 5 ayda 1 milyon insanın evini tərk edib köç etmək məcburiyyətində qaldığını bildirən Abdi, bunun önümüzdəki aylarda arta biləcəyindən narahat olduqlarını vurğulayıb.

Abdi qeyd edib ki, Əl-Şəbab terror təşkilatının yaratdığı təhlükəsizlik problemi ilə yanaşı, ölkədəki daxili köçdə quraqlıq və sel kimi təbii fəlakətlər də təsirli olub.

Ən çox immiqrasiya nisbətinə malik bölgələrin ölkənin ortasındakı Hiran və cənubdakı Gedo olduğu barədə məlumatı paylaşan Abdi, ölkədəki daxili köç sayının 3,8 milyonu keçdiyini sözlərinə əlavə edib.