Piratlar Somalidə ticarət gəmisinə nəzarəti ələ keçiriblər.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Britaniya Gəmiçilik Təşkilatından (UKMTO) verilən açıqlamaya görə, Somalinin paytaxtı Moqadişu sahillərində gəmiyə pirat hücumu həyata keçirilib.
Açıqlamada dəniz quldurlarının hücumu nəticəsində gəmiyə nəzarətin ələ keçirildiyi qeyd edilsə də, neçə nəfərin saxlanıldığı barədə məlumat paylaşılmayıb.
Təxminən 10 ildir pirat hücumlarının müşahidə olunmadığı Somali sahillərində son aylarda ticarət gəmilərinə hücumlar artıb.