Somalidə güclü yağış və daşqınlar nəticəsində ölənlərin sayının 53-ə yüksəldiyi bildirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Somali Fəlakətlərin İdarə Olunması Agentliyinin (SODMA) prezidenti Mohamud Moallin Abdulle mətbuata verdiyi açıqlamada 1,5 milyon insanın həddindən artıq yağış və daşqınlardan zərər çəkdiyini, 5 mindən çox evin dağıldığını bildirib.
Abdulle təbii fəlakət nəticəsində 53 nəfərin həyatını itirdiyini bildirib.
Somalidəki fəlakət Hiraan, Bakol, Bay və Gedo bölgələrində təsirli olub. Daşqınlardan heyvandarlıq və əkinçilik sahələri də zərər çəkib.
Güclü yağış və onun yaratdığı çayın daşması nəticəsində 42 nəfərin həyatını itirdiyi bildirilib.
Son illərin ən şiddətli quraqlığını yaşayan Somali və Keniya iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələr sırasındadır.
Keniya həddindən artıq yağışla əlaqədar vətəndaşlarına xəbərdarlıq edib.
Daşqınlardan sonra Somalinin bəzi bölgələrində “fövqəladə vəziyyət” elan edilib.