Somalinin paytaxtı Moqadişoda terror hücumu nəticəsində ən azı 3 nəfər həyatını itirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Somali Milli Televiziyasının (SNTV) məlumatına görə, paytaxtın Hamarveyn rayonundakı kafedə kamikadze geyinmiş şəxs bombanı işə salıb.
Partlayış nəticəsində ən azı 3 nəfər hadisə yerində ölüb.
Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.