SPA mütəxəssislər üçün «Strategiya 2022» konfransı baş tutdu — FOTObackend

SPA mütəxəssislər üçün «Strategiya 2022» konfransı baş tutdu — FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda Azərbaycan üzrə Birinci Beynəlxalq «SPA & WELLNESS» peşəkar konfransı keçirilib.

Konfransın təşkilatçı şirkəti “ Aesthetic @ Wellness World Academy”  və BEYNƏLXALQ MASAJ BİRLİYİ / Milli Masajçılar Federasiyası (Rusiya) SPASCHOOL / Masaj texnologiyası, sağlamlıq və spa məktəbləri, “Magistra” (Sankt-Peterburq) tərəfindən dəstəklənir.

Tədbirdə aparıcı masajistlər, osteopatlar, kosmetoloqlar, spa terapevtləri, wellness coucherler, manual terapevtler, refleksoloqlar, fizioterapevtlər iştirak edib.

Tədbirin əsas məqsədi bu sahə üzrə ixtisaslı kadrların özünü peşəkarlar arasında tanıtmaq imkanı, yaradıcılıqlarını göstərmələri,  Azərbaycanda peşəkar və keyfiyyətli masajın inkişafında mühüm bir addım atmaq, təcrübə mübadiləsi aparmaq və ölkəmizdə bu sahənin perspektivlərini müzakirə etmək, əldə edilən uğurları göstərmək şansıdır. Müsabiqələrdən sonra  SPA mütəxəssislər üçün “Strategiya 2022” konfransı keçirilib. Konfransda “Spa\Wellness beynəlxalq tendensiya və trendlər”, “SPA Sahəsi üzrə konsepsiyanın və dəyərin yenidən yaradılması və yüklənməsi üzrə alqoritmlər”, “Müştərilərlə iş üzrə yeni qaydalar və kadr siyasətində yeni tendensiyalar”, “Keyfiyyətə yeni nəzarət vasitələri, Müştəri və servis”, “Mütəxəssisin peşəkar səviyyəsinin artırılması üçün strategiya”, “Beynəlxalq səviyyədə metəxəssisin inkişafı üzrə təlimat. Fəaliyyət üçün bələdçi” kimi mövzular müzakirə olunub.
Konfransın keçirilməsinin əsas məqsədi masajist və kosmetoloq peşə ixtisasının dövlət tərəfindən təsdiq edilməsinə və həmin sahənin inkişafına dair dəstəkdir.

Qeyd edək ki, tədbirdə Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi nümayəndələri də iştirak edib.

No description available.

Demokrat.az