Şuşada “Qoç ət”dən qazilərə HÖRMƏTSİZLİK: 1 stəkan çayı vermədilər…backend

Şuşada “Qoç ət”dən qazilərə HÖRMƏTSİZLİK: 1 stəkan çayı vermədilər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalist Vəfa Şəhlayi “Qoç ət” restoranının Şuşada qazilərə qarşı etdiyi hörmətsizliyi ictimailəşdirib.

İnterpress.az Yenicag.az-a istinadən xəbər verir ki, jurnalist paylaşımında bildirib:

“Şuşadakı “Qoç ət”, bu qədər də olmaz… Vətən müharibəsi qaziləri ilə Şuşaya gəlmişik. Günorta yemək yediyimizə görə bizi qəbul elədilər. Axşam çay içməyə getdik, əvvəlcə “Yaxşı, gətirərik” dedilər. Sonra ofisiant gedib administratorla məsləhətləşib gəldi və bizə çay verə bilməyəcəklərini dedi. Çünki Bakıdan qonaqlar gəliblərmiş, millət vəkilləri var imiş, buna görə bizim sadəcə çay sifarişimiz qəbul olunmadı.

Gedib deyirəm ki, millət vəkili bunların sayəsində Şuşadadır, siz utanmırsınız onların formalarından?!

Deyir, yuxarıda adamlar var, samovarda su qurtarıb”.

Vəfa Şəhlayi restoranlar şəbəkəsinin qazilərə endirim PR-nın da saxta olduğunu da qeyd edib:

“Bir ara da guya qazilərə endirim PR-ı edirdilər. O da boş şey imiş, yalnız Şuşadakı hərbçilərə və xüsusi endirim kartı olanlara aiddir. Sadəcə ayıb olsun, haram olsun!”

Jurnalist sonda, Şuşaya gedənlərdən bu restoranın boykotunu xahiş edib.