Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksinin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.
İnterpress.az-ın xəbərinə görə, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır.
Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.