Süveyş kanalında konteyner gəmisi körpüyə çırpılıbbackend

Süveyş kanalında konteyner gəmisi körpüyə çırpılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misir Süveyş kanalından keçərkən sıradan çıxan və kanaldakı körpüyə çarpan konteyner gəmisinin təmir olunaraq yoluna davam etdiyini açıqlayıb. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Süveyş Kanalı İdarəsinin rəhbəri Usamə Rabi konteyner gəmisi ilə bağlı açıqlama verib. Süveyş kanalında parçalanaraq körpüyə çarpdığı bildirilib.

Süveyş Kanalı İdarəsi qruplarının ONE ORPHEUS adlı zədələnmiş yük gəmisini təmir etdiyini qeyd edən Rabi, Sinqapurdan Hollandiyaya gedən gəminin normal marşrutu ilə davam etdiyini bildirib.

Rabi əvvəlki açıqlamasında, kanalın şərq hissəsindəki El-Mensi körpüsünə çırpılan 46 metr eni, 336 metr uzunluğunda və 101 min ton yük daşıyan konteyner gəmisini dartmaq üçün 4 yedək gəmisi ilə xilasetmə işlərinin davam etdiyini bildirib.

Misir rəsmisi həmçinin qeyd edib ki, sözügedən qəzaya görə Süveyş kanalında dəniz nəqliyyatında heç bir aksama yoxdur.