Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizləndi: Düşmən xeyli itki verdi – RƏSMİ + VİDEObackend

Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizləndi: Düşmən xeyli itki verdi – RƏSMİ + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.

Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.

İnterpress.az