“Tarixi” və “real” Ermənistan arasında manevr bitib.
İnterpress.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 2025-ci il dövlət büdcəsinin parlament komissiyasında müzakirələrdə deyib.
“Etiraf etməliyik ki, son 6,5 ildə bizim etdiyimiz hər şey “tarixi” Ermənistanla “real” Ermənistan arasında manevr etməkdir İstəniləndən də çox oldu, amma bu manevr bitdi”, – Paşinyan deyib.
O bildirib ki, hökumət və parlament çoxluğu strategiya kimi “əsl Ermənistan” konsepsiyasını seçib.
“Şübhəsiz ki, mən əminəm ki, Ermənistan xalqı da “real” Ermənistanı seçib və ilk fürsətdə bu seçimi təsdiq edəcək”, – Paşinyan bildirib.
Xuraman Etibarlı
İnterpress.az