Tayvan Müdafiə Nazirliyi, Tayvan adası ətrafında iki Çin yüksək hündürlük şarının təsbit edildiyini bildirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Müdafiə Nazirliyinin sosial paylaşma saytındakı hesabından edilən şərhdə bunun 27 min metr yüksəklikdə göründüyü ifadə edilib.
Açıqlamada, iki şarın Tayvan boğazında tərəflərin təsir zonalarını məhdudlaşdırması nəzərdə tutulan hava və dəniz xətti olan “orta xətti” keçdiyi, daha sonra şərqə dönərək yoxa çıxdığı qeyd edilib.
Nazirlik Çin ordusunun kəşfiyyat şarının dekabrın 7-də adanın ətrafında göründüyünü bildirib.
Fevral ayında Çinin yüksək hündürlükdə uçan balonunun ABŞ hava məkanına daxil olması iki ölkə arasında gərginliyə səbəb olub.
Çin Tayvan adasını öz ərazisinin bir hissəsi, Tayvan boğazını isə ərazi suları hesab edir və adanın materiklə birləşdirilməsi üçün lazım gələrsə, güc tətbiqini istisna etməyəcəyini vurğulayır.
Tayvan 1949-cu ildən, Çin Xalq Respublikası qurulandan bəri faktiki müstəqilliyə malikdir. Çin və Tayvan arasında vətəndaş müharibəsindən sonra yaranan ayrılıq davam edir.