Tayvanın şərq sahillərində son 24 saat ərzində təxminən 250 zəlzələ baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Hava Bürosu (CWB) məlumat yayıb.
Bildirilib ki, aprelin 22-i yerli vaxtla saat 15:08-dən aprelin 23-ü saat 13:30-a qədər Xualyan əyalətində ümumilikdə 247 zəlzələ baş verib. Ən güclü yeraltı təkanlar 6,3 maqnitudaya çatıb.