Gürcüstanın paytaxt Tbilisi şəhərində avtomobillərin parklanma qaydalarının pozulması vətəndaşlara 17 269 766,63 lariyə başa gəlib.
İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, bu məbləğ 2023-cü ilin yanvar-noyabr aylarında büdcəyə daxil olub, 2022-ci ilin eyni dövrünün göstəricilərinə görə isə 4 039 165,79 lari cərimə kimi büdcəyə daxil olub.
Müvafiq olaraq, 2023-cü ilin 11 ayında paytaxt ərazisində avtonəqliyyat vasitələrinin dayanma qaydalarının pozulmasına görə büdcəyə 328 faiz çox vəsait daxil olub.
Paytaxt ərazisində avtomobillərin parklanma qaydalarının pozulması ilə bağlı son illərdə büdcəyə daxil olan məbləğin statistikası belə görünür:
2022 – 5 020 614,31 lari,
2021 – 3 325 661,48 lari,
2020 – 2 500 574,17 lari.
Şəhər şurası tərəfindən müəyyən edilmiş parkinq qaydaları Tbilisi şəhərinin inzibati sərhədləri daxilində yolda dayanan və ya duran bütün nəqliyyat vasitələrinə şamil edilir. Yol hissəsində dayanacaq yerləri yol nişanları və yol cizgiləri ilə ayrılır, orada müvafiq dayanacaq nişanları yerləşdirilir.