Tehranda yanacaqdoldurma məntəqələrinin əksəriyyəti işləmirbackend

Tehranda yanacaqdoldurma məntəqələrinin əksəriyyəti işləmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda yanacaqdoldurma məntəqələrində istifadə edilən internet sisteminin işləməməsi səbəbindən bir çox yanacaqdoldurma məntəqələrində alışlar dayanıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Paytaxt Tehranda yanacaqdoldurma məntəqələri əsasən bağlıdır və bəzi stansiyalarda benzin satışı əl ilə həyata keçirilir.

Şəhərin ən sıx toplaşdığı Firdevsi, Vəliəsr və Esedabadi küçələrindəki stansiyalar tamamilə bağlanıb, dairəvi yollar olan bəzi küçələrdə isə kart sistemi sıradan çıxarılıb və bazar qiymətləri ilə satış əllə aparılır.

Davamlı növbələrin yarandığı yanacaqdoldurma məntəqələrindəki durğunluq dərhal diqqəti cəlb edir.

Görünən odur ki, təhlükəsizlik qüvvələri Tehranın demək olar ki, hər yanacaqdoldurma məntəqəsinə yerləşdirilib ki, kəsinti səbəbindən camaatla stansiya işçiləri arasında hər hansı problem yaranmasın.

Polis qüvvələri mətbuata, xüsusən də xarici mətbuata şəkil çəkdirməyə icazə vermir.

Sosial şəbəkələrdə sözügedən ixtisarın “benzin qiymətini artırmaq” üçün edildiyinə dair iddialar olsa da, səlahiyyətlilər benzinin qiymətini artırmaq fikrində olmadıqlarını və bu iddiaların əsassız olduğunu bildirirlər.

İran dövlət televiziyasına danışan neft nazirinin müavini Cəlil Salari yanacaqdoldurma məntəqələrinin təxminən 60 faizində problem olduğunu qeyd edib.

İsrail ordusunun radiosu İsrail hakerlərinin İranın yanacaq təchizatı sisteminə kiberhücum təşkil etdiyini açıqlayıb.

İranın Passiv Müdafiə Təşkilatı da sızma və sındırma daxil olmaqla, bütün mümkün variantları dəyərləndirdiklərini bildirərək, mövcud vəziyyətdə hakerlik iddialarını yoxlamağın mümkün olmadığını bildirib.

İranda yanacaq satışı hər bir avtomobil üçün verilən xüsusi kartlarla həyata keçirilir. Kartlara hər ay 50 faiz endirimlə 60 litr yanacaq, həmçinin bazar qiymətinə 150 ​​litr yanacaq almaq hüququ verilir.

Kart üzrə verilmiş hüququn müddəti bitdikdə və ya fövqəladə hallarda avtomobillər üçün yanacaqdoldurma məntəqələrində müəyyən edilmiş yanacaq limitindən bazar qiymətinə yanacaq alına bilər.

Yanacaq satışı sistemi işləmədiyi üçün bəzi stansiyalar kart sistemini sıradan çıxararaq əl ilə satırlar.

Normal şəraitdə qeyri-qanuni olan bu satış fövqəladə şəraitdə heç bir maneə ilə üzləşmir.