Tərtərdə mina partlayışı olub, xəsarət alan varbackend

Tərtərdə mina partlayışı olub, xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 5-də saat 12:00 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

İnterpress.az-ın məlumatına görə, hadisə nəticəsində 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu ayağından xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

“Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırırıq”-deyə, məlumatda vurğulanıb.