İngiltərənin Folklend adalarından Çiliyə uçan 59 yaşlı sərnişin həyat yoldaşının yanında oturarkən dünyasını dəyişib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Çilinin LATAM aviaşirkətinə məxsus Çilinin cənubundakı Punta Arenas şəhərinə uçan təyyarədə faciəli hadisə baş verib.
Britaniyalı turist həyat yoldaşı ilə Karlos İbanez del Kampo hava limanına enərkən 59 yaşlı kişi dünyasını dəyişib.
Həyat yoldaşının yanında oturarkən heç bir xəstəlik əlaməti göstərmədən dünyasını dəyişən şəxs üçün hava limanına adam öldürmə polisi gəlib.
İxtisaslaşdırılmış bölmənin komissar müavini Dieqo Diaz kişinin ölümünü təsdiqləyib.