Tez və yavaş qocalma orqanları qan testi ilə müəyyən edilə bilərbackend

Tez və yavaş qocalma orqanları qan testi ilə müəyyən edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Stenford Universitetinin tədqiqatçıları qan analizi ilə 11 orqan və toxumada olan zülalları tədqiq edərək, onların sürətlə qocalıb-yaşlanmadığını müəyyən etmək mümkün olduğunu ortaya qoyub. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. ABŞ-ın Stenford Universitetinin saytında yer alan xəbərə görə, tədqiqatçılar təxminən 5700 böyük insan üzərində qan analizi apararaq, beyin, ürək, ağciyər, qaraciyər, bağırsaq, böyrək, qan damarları, immun sistemi, əzələlər, mədəaltı vəzi və yağ toxuması.və toxumada yüzlərlə zülal araşdırılıb.

Orqanların tez və ya yavaş yaşlanmasını araşdıran tədqiqatçılar, qan testləri ilə sürətlə qocalan orqanların aşkar edilməsinin mümkün xəstəliklərin kliniki simptomları görünməzdən əvvəl müalicəyə istiqamət verə biləcəyini ifadə ediblər.

Tədqiqatçılar beyin, böyrək və ürək kimi orqanları “daha tez qocalan” insanların bu orqanlarla əlaqəli xəstəliklərə tutulma riskinin digərlərinə nisbətən daha yüksək olduğunu bildirib.

Orqanları yaşıdlarına nisbətən daha tez qocalmış insanlarda xəstəlik riskinin daha yüksək olduğunu qeyd edən tədqiqatçılar, 50 və daha yuxarı yaşda olan hər 5 nəfərdən birinin ən azı bir orqanının sürətlə qocaldığına diqqət çəkiblər.

Araşdırma “Nature” jurnalında dərc olunub.