Torqaşov avtomobilinin partlaması ilə bağlı məlumatı TƏKZİB ETDİbackend

Torqaşov avtomobilinin partlaması ilə bağlı məlumatı TƏKZİB ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Torqaşov avtomobilinin bu səhər partlaması ilə bağlı məlumatı təkzib edib.

interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Peyk rabitəsi radio mərkəzinin rəis müavini Andrey Torqaşov avtomobilinin bu səhər partlaması ilə bağlı məlumatı təkzib edib.

O, bununla heç bir əlaqəsinin olmadığını, “heç vaxt Land Cruiser-i olmadığını və yəqin ki, heç vaxt olmayacağını deyib.

“Mən heç o ərazidə yaşamıram. Mən tamam başqa yerdə yaşayıram”, – Torqaşov bildirib.

Xatırladaq ki, bu gün səhər saatlarında Moskvada içərisində insanların olduğu “Land Cruiser” partlayıb.

Partlayış Sinyavinskaya küçəsindəki evin yaxınlığında baş verib. Şahidlərin sözlərinə görə, həmin an avtomobildə kişi və onun arvadı olub.

Onlar təcili olaraq xəstəxanaya yerləşdiriliblər. Kişinin hər iki ayağı qopub, qadının qəlpə yaraları var.

Yaxınlıqdakı iki avtomobilə də ziyan dəyib.

Xuraman Etibarlı

İnterpress.az