ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu Yorkda “illər boyu daşınmaz əmlak sənayesində bir çox insan və qurumu aldatmaq” ittihamı ilə davam edən iddianın yekun arqumentlərində iştirak etmək üçün bu gün yenidən məhkəməyə gəlib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Vəkilləri ilə birlikdə gəldiyi məhkəmə zalına girməzdən əvvəl mətbuata qısa açıqlama verən Tramp bu işi yenidən “cadugər ovu” kimi qiymətləndirib.
Nyu York Baş prokuroru Letitia James tərəfindən açılan işin “ən yüksək səviyyədə seçki müdaxiləsi” və “rüsvayçılıq” olduğunu söyləyən Tramp deyib:
“Bu iş konstitusiyaya zidd cadugər ovudur. Yekun arqumentlərin keçiriləcəyi bugünkü iclasda çıxış etmək istədiyirəm. Hakim hazırda mənə danışmağa icazə vermir, çünki onun eşitmək istəmədiyi şeyləri gündəmə gətirəcəyəm”.
Doland Tramp ona qarşı 2023-cü il oktyabrın 2-dən davam edən məhkəmə işinin yekun iclasında çıxış etmək istədiyini bildirsə də, hakim Artur F.Enqoron siyasi məzmun və fərdi xarakter daşımadan yalnız iş haqqında danışacağını bildirib.