Tramp rekord müdafiə büdcəsini açıqlayıb.
İnterpress.az xəbər verir ki, o, bu barədə Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı deyib.
ABŞ prezidenti müdafiə büdcəsini 1 trilyon dollara çatdırmaq niyyətində olduğunu bildirib və bunu “dünyada təhdidlər qarşısında” ordunun gücləndirilməsinin zəruriliyini əsas gətirib.
Netanyahu ilə görüşdə o, büdcəni “ABŞ tarixində ən böyük büdcə” adlandırıb.
Pentaqon rəhbəri Pit Heqset təşəbbüsü dəstəkləyərək Trampın silahlı qüvvələri tez bir zamanda yenidən qurduğunu deyib.
2026-cı il üçün rəsmi büdcə sorğusu dərc olunana qədər hökumət müvəqqəti sxem üzərində işləyir. Hazırda müdafiə büdcəsi 850 milyard dollardır.
Xuraman Etibarlı
İnterpress.az